Modern.az

Qərbi Kaspi Universitetinin məktəbində  “Nar Nağılı” adlı sərgi-müsabiqə  - FOTO

Qərbi Kaspi Universitetinin məktəbində  “Nar Nağılı” adlı sərgi-müsabiqə  - FOTO

10 Noyabr 2017, 13:19

Qərbi Kaspi Universiteti (Qərb Universiteti) tam orta məktəbdə “Nar nağılı” adlı sərgi-müsabiqə keçirilib.

 

Şagirdlərin xalqımızın mədəniyyəti ilə daha yaxından tanış olması, eləcə də onların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması və inkişaf etdirilməsi məqsədi ilə keçirilən müsabiqədə ibtidai və orta sinif şagirdləri iştirak ediblər.

Müsabiqəyə təqdim olunmuş işlərdən ibarət sərgi də təşkil edilib.

 

İşlərin arasında rəsmlər, applikasiyalar, dekorativ tətbiqi sənət nümunəsi olan əl işləri, ikebanalar maraqla qarşılanıb.

Münsiflər heyətinin səsverməsi ilə qaliblər müəyyən edilib.

Bütün müsabiqə iştirakçıları hədiyyələr və diplomlarla mükafatlandırılıblar.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı