Modern.az

Azərbaycanda maşın sahiblərinin YARALI YERİ: saxta ehtiyat hissələri ilə aldadılma  

Azərbaycanda maşın sahiblərinin YARALI YERİ: saxta ehtiyat hissələri ilə aldadılma   

10 Noyabr 2017, 14:50

Azərbaycanda avtomobil sahibi  olan hər kəsi narahat edən məsələlərdən biri də ehtiyat hissələrilə bağlıdır. Lazım olan ehtiyat hissəni alan hər kəs onun orijinal olub-olmadığından qayğılanır.
Bir sözlə, indi maşın sahibləri üçün vacib suallardan biri budur: ehtiyat hissələri haradan gətirilir və orijinaldırmı?


Məsələ burasındadır ki, son illərdə vətəndaşların bu sahədə aldadılmasına tez-tez rast gəlinir. Modern.az-ın bu mövzudakı suallarımızı Almaniyanın “Monza” yağlarının Azərbaycanda rəsmi distributoru “Gomas Auto” mağzalar şəbəkəsinin direktoru
Asiman Əsədov cavablandırıb.

A.Əsədov deyir ki, “Gomas Auto” mağzalar şəbəkəsi əsasən Almaniyadan və eyni zamanda dublikat olaraq Türkiyə və Dubaydan ehtiyat hissələri gətirir:


“Bizə ehtiyat hissləri avtomobillərin mənsub olduqları ölkələrdən gətirilir.Məsələn Cənubi Koreya və ya Yaponiyadan gəiriləcək ehtiyat hissələrini ya birbaşa həmin ölkədən, bu mümkün olmadıqda tranzit olaraq  Dubay yolu ilə gətiririk. Dublikat saydığımız hissələr Türkiyə istehsalı olan ehtiyat hissələridir”.

Asiman Əsədov ehtiyat hissələrinin satışı sahəsində vətəndaşların aldadılması hallarını istisa etmir:


“Günümüzdə nəinki bu sahədə, məişət avadanlıqlarından tutmuş ərzaq satışına qədər hər sektorda aldadılmalara  rast gəlinir”. 
      

Müsahibimiz deyir ki, “Gomas Auto” mağzalar şəbəkəsi öz imicini zədələməyərək,  həmişə ehtiyat hissələri ilə bağlı keyfiyyəti barəsində düşünür.


Ümumilikdə isə ustalar tərəfindən vətəndaşın aldadılması hallarına çox rast gəlindiyini vurğulayıb: “Hər hansı bir usta vətəndaşı aldadaraq, ona saxta ehtiyat hissəsini almağa şərait yaradır, ancaq onu avtomobilin üzərinə qoyduqdan sonra deyir ki, dəyəri ona dəyməz, apar qaytar”.


Müsahibimiz deyir ki, aldadılmağa məruz qalan vətəndaşlar onları aldadan şəxslər barəsində dövlət orqanlarına şikayət etməlidirlər.

Əbülfəz Kərimov

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı