Modern.az

Sumqayıtda dəhşətli qətl: qadının başını kəsdilər

Sumqayıtda dəhşətli qətl: qadının başını kəsdilər

12 Noyabr 2017, 11:25

Sumqayıtda 58 yaşlı qadın qətlə yetirilib. 

 

Modern.az Lent.az-a istinadən xəbər verir ki, dünən səhər saatlarında Birləşmiş Məhəllə ev 78, menzil 19-a yaşayan 1959-cu il təvəllüdlü Nuridə Həsənovanın meyiti həyat yoldaşı tərəfindən yaşadığı mənzildə aşkarlanıb. İlkin müayinə zamanı qadına çoxsaylı bıçaq zərbələrinin yetirildiyi və başının kəsildiyi məlum olub.

 

Qətlin hansı səbəbdən, kim tərəfindən törədilməsi məlum deyil. Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

Qeyd edək ki, qətlə yetirilən Nuridə Həsənova Sumqayıtdakı Mənzil İstismar Sahələrindən (“JEK”) birində işləyirmiş.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı