Modern.az

Sabaha olan hava PROQNOZU: Yağış yağacaq

Sabaha olan hava PROQNOZU: Yağış yağacaq

12 Noyabr 2017, 12:17

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, cənub küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 10-13° isti, gündüz  15-18° isti, Bakıda gecə  11-13° isti, gündüz  15-17° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan yüksək 767  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz 60-70 % olacaq. 

 

Noyabrın 13-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12° isti, gündüz 15-19° isti, dağlarda 3-8° isti, gündüz 9-14° isti olacağı gözlənilir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı