Modern.az

Ərəb Dövlətləri Liqası İrana qarşı toplanır

Ərəb Dövlətləri Liqası İrana qarşı toplanır

12 Noyabr 2017, 21:47

Səudiyyə Ərəbistanı Ərəb Dövlətləri Liqasının fövqəladə iclasınının çağırılmasını tələb edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi Ər-Riyad bu tələbə səbəb kimi  İranın region ölkələrinin işlərinə müdaxiləsi etməsini göstərib.

 

Qeyd edək ki, noyabrın 5-də Səudiyyə Ərəbistanının havadan müdafiə sistemləri  Ər-Riyadın şimal-şərq hissəsində ballistik raketi vurublar. Raket hücumu vaxtında dəf edilib, əhali arasında itki qeydə alınmayıb. Raket Yəməndəki üsyançı husilər tərəfindən atılıb. Noyabrın 10-da isə ABŞ-ın Yaxın Şərqdə hava əməliyyatlarının komandanı, general-leytenant  Ceffri Harriqan bəyan edib ki, Yəmən ərazisindən Səudiyyə Ərəbistanının paytaxtı istiqamətində buraxılan ballistik raket İrana məxsus olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı