Bir neçə dəqiqə öncə İraqda 7,3 bal gücündə zəlzələ olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, yeraltı təkanların episentri İraqın Süleymaniyyə şəhərindən 85 km, İranın Sərpol Zəhab şəhərindən 47 km aralıda, ocağı 10 km dərinlikdə yerləşib.
Dağıntı və təlafatla bağlı hər hansı məlumat verilmir.
Zəlzələ Türkiyənin İraqla həmsərhəd ərazilərində hiss olunub.
Eyni vaxtda Azərbaycanın cənib bölgəsində də yeraltı təkanlar olub.
Lənkəran sakinlərinin Modern.az-a verdiyi məlumata görə, yeraltı təkanlar təxminən bir dəqiqədən artıq davam edib. Yeraltı təkanlar ətraf rayonlarda da hiss olunub.
Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzi hələlik zəlzələ ilə bağlı hər hansı məlumat açıqlamayıb.