Modern.az

Göyçayda şadlıq evində qanlı olay

Göyçayda şadlıq evində qanlı olay

13 Noyabr 2017, 00:33

Göyçay rayonunda toy mərasimində qohumlar arasında baş verən dava qanla nəticələnib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün gecə saatlarında rayonun Cəyirli kəndindəki “Şirvan” şadlıq sarayında qeydə alınıb.

 

Cəyirli kənd sakini, 1977-ci il təvəllüdlü Vəlibəyov Bəhruz Bəylər oğlu qardaşı oğlunun kiçik toy mərasimi zamanı əmisinin nəvəsi və qonşusu olan 1994-cü il təvəllüdlü Babayev Dəyanət Ədalət oğlu arasında şəxsi münasibətlər zəmnində dava baş verib. Bəhruz Vəlibəyov üzərindəki bıçaqla Dəyanət Babayevə xəsarət yetirib. O, təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılaraq cərrahiyyə əməliyyatı olunub. Həkimlərin səyi nəticəsində onun həyatı xilas olunub.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, Bəhruz Vəlibəyov sahibkar, Dəyanət Babayev isə “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin əməkdaşıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı