Modern.az

Dünyanın ən kiçik kitabxanası 

Dünyanın ən kiçik kitabxanası 

13 Noyabr 2017, 09:15

Dünyanın ən kiçik kitabxanası İngiltərənin Uestberi–sab-Mendip şəhərində telefon köşkündə yerləşir.

 

Bu haqda Modern.az xarici KİV-lərə istinadən xəbər verir. 

 

Məlumata görə, şəhər sakinləri simvolik qiymətə (1 funt) telefon köşkünü alaraq, ondan dünyanın ən kiçik kitabxanasını düzəldiblər. Açıq havada yerləşən kitabxana ilin 365 günü, sutkanın 24 saatı açıq olur. Kitabxanadan hətta gecələr də istifadə etmək olar. Onun rəflərində müxtəlif mövzularda kitablar və disklər tapmaq mümkündür.

 

Şəhərdə 800 sakinin yaşamasına baxmayaraq, kitabxana çox populyardır, hətta tez-tez növbələr də olur.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı