Modern.az

İranda məktəblər bağlandı

İranda məktəblər bağlandı

13 Noyabr 2017, 11:03

İranın güclü zəlzələ baş vermiş Kirmanşah əyalətində məktəblər bağlanıb.

 

Modern.az-ın xarici KİV-ə istinadən məlumatına görə, məktəblərin neçə gün bağlı olacağı hələ bildirilmir.

 

Bundan əvvəl əyalətdə 3 günlük matəm elan olunub.

 

Qeyd edək ki, ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 207-yə çatıb, təqribən 1700 nəfər xəsarət alıb.

 

Zəlzələ 7,4 bal gücündə qeydə alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı