“2018-ci ildə Azərbaycanın turizm sektorunun 6,6% , daha sonrakı 3 ildə isə 6%-dən çox artacağı proqnozlaşdırlır”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı çıxış edən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
Nazir müavini bildirib ki, artım İKT sektorunda da gözlənilir.
“Belə ki, İKT sektorunda gələn il 5,1%, növbəti illərdə 6%-dən çox artım nəzərdə tutulur. Həmçinin gələn il ölkə iqtisadiyyatına 15,9 milyon manat investisiya qoyuluşu proqnozlaşdırılır”.
S.Həsənova qeyd edib ki, biznes mühitinin daha da yaxşılaşdırılması üzrə sistemili tədbirlər davam etdiriləcək.