Əfqanıstanın Fərəh əyalətində nəzarət-buraxılış məntəqəsinə hücum olub.
Modern.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, hücum nəticəsində 8 polis əməkdaşı həlak olub.
Hücum edən şəxslər hadisə yerindən uzaqlaşa biliblər. Hazırda onların axtarışları üçün əməliyyat keçirilir.
Hücumla bağlı məsuliyyəti “Taliban” terror təşkilatı öz üzərinə götürüb.