Modern.az

Qatar aşdı, 33 nəfər öldü

Qatar aşdı, 33 nəfər öldü

Aktual

13 Noyabr 2017, 15:24

Konqo Demokratik Respublikasının Lualaba əyalətində yük qatarı qəzaya uğrayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində azı 33 nəfər həlak olub.

 

Hadisənin təfərrüatlarında bildirilir ki, yanacaq maddə daşıyan qatarda bir qrup sərnişin də aparılırmış.

 

Məlumata görə, qatar dağlıq ərazidə hərəkət edərkən relsdən çıxıb və dərəyə yuvarlanıb. Qəza nəticəsində vaqonlardakı yanacaq maddələr yanmağa başlayıb.

 

Hadisə ilə bağlı araşdırma başlayıb.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı