ABŞ-ın gecə klublarının birində atışma baş verib.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, Corciya ştatında yerləşən Atlanta şəhərindəki konsertdə naməlum şəxs mübahisə etdiyi şəxslərə atəş açıb. Nəticədə iki nəfər həlak olub. Daha iki nəfərin yaralandığı bildirilir.
Cinayətkar hadisə yerindən qaçmağa müvəffəq olub. Hazırda polis həmin şəxsin axtarışlarını davam etdirir.