Modern.az

Neft kəmərinin partladılması qiymətləri bahalaşdırdı

Neft kəmərinin partladılması qiymətləri bahalaşdırdı

13 Noyabr 2017, 21:14

Ötən həftə sonu Bəhreyndə neft kəmərinin partladılması ilə əlaqədar olaraq, neft qiymətləri bu həftəyə yüksəlmə ilə başlayıb. Modern.az "Trend"ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı partlayışdan sonra Bəhreynə neftin nəqlini dayandırıb. Partlayışın digər təfərrüatları barədə məlumat verilməyib.

 

Brent markalı neft qiymətləri bu gün səhər saatlarında 0,08 faiz artım nümayiş etdirərək 63,57 dollar/barrel təşkil edib. WTI markalı neft üzrə dekabr fyuçersləri isə 0,12 faiz yüksəlib və 56,81 dollar/barrel təşkil edib.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı