Modern.az

BMAM-da yeni təyinatlar olub  

BMAM-da yeni təyinatlar olub   

14 Noyabr 2017, 10:47

Noyabrın -14 də Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda  Mərkəzin gördüyü işlər , fəaliyyət istiqamətləri , geopolitik vəziyyətin araşdırılması və öyrənilməsi geniş müzakirə olunub.

Prezident yanında QHT -lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov iclasda çıxış edərək, Mərkəzin gördüyü işlər, həyata keçirdiyi layihə və tədbirlər, qarşıda duran vəzifələr, çevik icra strukturunun yaranması zərurəti  və yeni təyinatlarla bağlı çıxış etmişdir.

Sədr Rufiz Qonaqov bildirib ki, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi 11 illik fəaliyyəti ilə ölkəmizdə bir çox uğurlara imza atmış, xeyli sayda vətəndaş cəmiyyəti və ölkəmiz üçün  vacib layihələr həyata keçirib. BMAM rəhbəri Mərkəzin ölkəmizin içtimai həyatında fəal mövqeyə malik olduğunu, indiyədək  ən vacib koalisiya və qurumlara rəhbərlik etdiyini  bütün yerli və beynəlxalq konfrans, görüşlər və  tədbirlərdə təmsil olunduğunu  xüsusi qeyd edib.

İclasda Mərkəzin yeni icra strukturu , tanınmış ekspertlərin təmsil olunacağı 9 nəfərdən ibarət ekspertlər qrupu təsdiq edilib. Yeni icra strukruna müvafiq olaraq , yeni  təyinatlar edilib.

BMAM rəhbərinin müvafiq sərəncamları ilə Ramin Səmədov, Eldar Orucov, Nazim Süleymanov, Novruz Dadaşov sədrin müxtəlif sahələr üzrə müşavirləri, Esmira Həmzəbəyova sədrin köməkçisi – baş məsləhətçi, Nurlanə İsmayılova baş məsləhətçi, Muxtar Vəliyev, məsləhətçi, və Cəbrail Fərzəliyev ekspert təyin olunub.

 

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı