Modern.az

İtaliya millisi \"Dünya Çempionatı-2018\"ə gedə bilmədi - ŞOK

İtaliya millisi \

14 Noyabr 2017, 11:17

Futbol üzrə İtaliya millisi 1958-ci ildən bəri ilk dəfə Dünya Çempionatına qatılmaaycaq. Ötnə gün “San-Siro” stadionunda pley-off mərhələsinin cavab matçında İsveç yığmasının müqavimətini yara bilməyən İtaliya millisi (0:0) səfər matçında buraxdığı yeganə qol səbəbindən (1:0) çempionatla vidalaşıb.

 

Matçdan sonra yığmanın əfsanəvi qapıçısı Canluici Buffon və onun komanda yoldaşları Daniele de Rossi ilə Andrea Bardzalyi milli karyeralarına son verib.

 

İtaliya futbol ictimaiyyəti 60 ilin ən böyük şokunu yaşayır. 2006-cı ilin dünya çempionu olan "Skuadra Adzurra" 2020-ci il Avropa Çempionatına ciddi hazırlığa start verib.

 

   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı