Modern.az

İki erməni əsgər döyüş postunda yaralandı

İki erməni əsgər döyüş postunda yaralandı

14 Noyabr 2017, 12:06

İşğalçı Ermənistan ordusunun daha 2 hərbi qulluqçusu döyüş postunda odlu silah yarası alıb. Modern.az xəbər verir ki, bu barədə məlumatı erməni sosial şəbəkə ositifadəçiləri ictimailəşdirib.

 

Məlumata görə, Ermənistan tərəfindən işğal edilən Madagiz yaşayış məntəqəsində döyüş mövqeyində xidmət edən iki ermənistanlı hərbi qulluqçu odlu silahdan açılan atəş nəticəsində yaralanıb. Postdan qayıdıb silahı boşaldarkən ehtiyatsızlıq səbəbindən avtomatdan açılan atəşdən yaralandığı iddia edilən Çarents Nazaryan və Armen Arakelyan hərbi hissənin tibb məntəqəsinə gətiriliblər. Vəziyyətlərinin orta olduğu bilidirilir. İctimaiyyətdən gizlətmək məqsədilə hadisənin səbəblərini qərargah zabitləri özləri araşdırır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı