Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransı dünyanın 196 ölkəsindən 20 minə yaxın nümayəndənin iştirakı ilə 13 noyabr 2017-ci il tarixində öz işinə başlayıb.
Modern.az xəbər verir ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapırığına əsasən konfransda Azərbaycanı Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Konfransın açılış mərasimində BMT-nin Baş katibi cənab Antonio Quterreş, Ficinin Baş naziri cənab Frank Bainimarama və digər yüksək səviyyəli nümayəndələr iştirak edib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransı 17 noyabr 2017-ci il tarixinədək davam edəcək.