Modern.az

Deputat Avropa Parlamentini tənqid etdi

Deputat Avropa Parlamentini tənqid etdi

Aktual

17 Noyabr 2017, 12:34

“Son vaxtlar Avropanın bir sıra strukturları Azərbaycan qarşı qərəzli hücuma keçiblər. Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunan tədbirdə də bunu qeyd etdi”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclis bu gün keçirilən iclasında ç deputat Məlahət İbrahimqızı deyib.

 

Deputat bildirib ki, Avropa Parlamentinin son hesabatında Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı fəsillərdə ölkəmizə qarşı qərəzli məsələlər öz əksini tapıb.

 

“Azərbaycanın işğal olunmuş torpaqları, 1 milyondan çox qaçqın və məcburi köçkünü, eləcə də, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan qeyd şərtsiz çıxarılması ilə bağlı qətnamələr var. Belə olan halda, nə baş verdi? Ayın 15-də qəbul olunan sənədlər bir daha göstərdi ki, Avropa Birliyi müstəqil təşkilat deyil və Azərbaycana qarşı olan qüvvələr orada öz mövqeyini gizlədə bilmirlər. Bu ölkəmizə qərəzli mövqenin nümayişdir”.

 

M. İbrahimqızı Milli Məclisin sədrindən Avronest Parlament Assambeyasının nümayəndə heyəti adından Avropa Parlamentinə müraciət hazırlanmasını xahiş edib.

 

Qeyd edək ki, noyabrın 15-də Avropa parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qtnamə qəbul edilib. Qətnamədə erməni lobbisinin təkidi ilə Dağlıq Qarabağın öz müqəddaəratını təyin etməsi məsələsi öz əksini tapıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı