Modern.az

Qaxda dağlıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Qaxda dağlıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Aktual

19 Noyabr 2017, 18:01
İlisu kəndində dağlıq ərazidə 2 ha sahədə quru ot və kol-kos yanıb

Qax rayonu, İlisu kəndində dağlıq ərazidə 2 ha sahədə quru ot və kol-kos yanıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

                                                      

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

 

 

***

10:20

Ötən gün Qax rayonunun yüksək dağlıq ərazisində başlayan və hələ də davam edən yanğın otlaq sahəsini əhatə edir və meşə zonasına aid deyil.

 

Bunu Modern.az-a  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

 

Onun sözlərinə görə, yanan ərazi meşə zonasından uzaq məsafədədir: "Yanan ərazi meşə zonasından uzaq məsafədə olsa da, hər ehtimala qarşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə İdarəsinin əməkdaşları həmin ərazidədirlər. Əməkdaşlarımız tərəfindən yanğının meşə ərazisinə keçməməsi üçün qabaqlayıcı tədbirlər görülür".

 

Qeyd edək ki, Qaxda ötən gün dağlıq ərazidə yanğın başlayıb. Yanğın yüksək dağlıq ərazidə olduğu üçün söndürülməsində çətinliklər yaranıb.

 

***

09:50

Ötən gün Qax rayonunun dağlıq zonada yerləşən meşəlik ərazisində başlayan yanğın hələ davam edir.

 

Modern.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

 

Onun sözlərinə görə, yanan ərazinin yüksək dağlıq olması ilə əlaqədar yanğının söndürülməsində çətinliklər var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu