Modern.az

Ermənistan ordusunda növbəti FƏRARİLİK    

Ermənistan ordusunda növbəti FƏRARİLİK    

19 Noyabr 2017, 16:51

Son vaxtlar  Ermənistan ordusu ilə bağlı yayılan məlumatlar açıq aydın göstərir ki, bu ölkənin vətəndaşları olan gənclər  hərbi xidmətdən istənilən yolla boyun qaçırır və ordudan yayınırlar. 

 

Modern.az erməni mənbələrindəki araşdırmalarına istinadən bildirir ki, azacıq imkanı olanlar müxtəlif yollar tapıb xidmətə getmir, imkanı olmayanlar və məcburən xidmətə getməli olanlar isə hərbi hissələrini özbaşına tərk edirlər.

 

Bu günlərdə erməni sosial şəbəkə istifadəçiləri daha iki ermənistanlı hərbçinin fərarilik etdiyi barədə məlumatı ictimailəşdirib. Yayılan məlumatda əlahiddə artilleriya alayının kiçik çavuşu Qriqor Şahnazaryan və əsgər Vreji Qriqoryan xidmət yerini özbaşına tərk etdiyi bildirilir. Son məlumata görə, hər iki hərbi qulluqçu barəsində cinayət işi açılıb, axtarış elan olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu