Modern.az

İctimai nəqliyyatda davranış qaydaları müzakirə edildi

İctimai nəqliyyatda davranış qaydaları müzakirə edildi

Aktual

15 Oktyabr 2017, 13:55

“Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyəti“ İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə  dəstəyi ilə “Yol hərəkəti iştirakçılarının maarifləndirilməsi ilə bağlı tədbirlərin təşkili “ layihəsi çərcivəsində bir sıra tədbirlər həyata keçirib.

Layihənin əsas məqsədi ictimai nəqliyyatda davranış qaydalarının təkmilləşdirilməsinə, onun səviyyəsinin yüksəldilməsinə dair təşəbbüslə çıxış etmək, bu sahədəki mövcud vəziyyətin yaxşılaşmasına çalışmaq, sürücü və sərnişinlərin maariflənməsinə yardım göstərmək, onlara mədəni ünsiyyət normalarını aşılamaqdır.

 

Tədbirlərdə çıxış edən natiqlər qarşıya qoyulan məqsədə nail olmaq üçün layihəni həyata keçirən təşkilatın qarşısında bir sıra vəzifələr durması xüsusi olaraq vurğulayıblar . İctimai nəqliyyat sürücüləri və sərnişinlərin ictimai davranış qaydaları barədə məlumatlılıq dərəcəsinin yoxlanılması üçün onların sorğuya cəlb edilməsi prioritet istiqamət kimi qəbul edilib .

Keçirilən sorğunun nəticələri əsasında müvafiq təkliflərin hazırlanaraq aidiyyatı qurumlara  və sərnişindaşıma ilə məşğul olan özəl şirkətlərə təqdim edilməsi qərara alınıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər