2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Modern.az-ın məlumatına görə, büdcə müzakirələri ilə bağlı parlamentin plenar iclasları 2 gün davam edəcək.
Belə ki, ötən gün başlayan Azərbaycanın dövlət və icmal büdcəsinin layihələrinin müzakirəsi noyabrın 23-də bitəcək.
İclasa rəhbərliyi Milli Məclisin sədri Oqtay Əsədov edir. İclasda hökumət üzvləri və digər vəzifəli şəxslər iştirak edir.