Hesablama Palatasının saxlanma xərcləri 0,8% və ya 29,1 min manat artırılır.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verib.
O bildirib ki, nəzərdə tutulmuş vəsait 2018-ci ildə ölkə xaricində olmaqla 60 audit tədbirinin həyata keçirilməsi üçün tələb olunur.
Bununla yanaşı, Palata üzrə xərclər smetasının ümumi məbləğinin 82%-ni əməkhaqqının ödənilməsi xərcləri təşkil edir.
V. Gülməmmədov əlavə edib ki, Hesablama Palatasının təqdim etdiyi xərclər smetası onun fəaliyyətini səmərəli təşkil etməyə və nəzarət tədbirlərinin keyfiyyətini yüksəltməyə imkan verəcək.