Modern.az

Pakistanda terror:  polis rəisi və mühafizəsi öldü

Pakistanda terror:  polis rəisi və mühafizəsi öldü

24 Noyabr 2017, 10:56

Pakistanın Peşaver şəhərində bir terrorçunun özünü partlatması nəticəsində polis rəisi və mühafizəsi həyatını itirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli rəsmilər motosikletli terrorçunun polis rəisi Məhəmməd Əşrəf Nur və mühafizəçilərinin keçişi sırasında üzərindəki bombanı partladığını açıqlayıb.

 

Polis rəisinin olduğu avtomobilin yandığı hücumda rəis və bir mühafizəçisi həyatını itirib, 4 nəfər yaralanıb.

 

Hücumu üzərinə götürən olmayıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!