Modern.az

Hindistanda sərnişin qatarı relsdən çıxdı: 3 ölü, 13 yaralı

Hindistanda sərnişin qatarı relsdən çıxdı: 3 ölü, 13 yaralı

Aktual

24 Noyabr 2017, 11:20

Hindistanın Uttar Pradeş əyalətində sərnişin qatarının 11 vaqonunun relsdən çıxması nəticəsində 3 nəfər ölüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, polisin sözçüsü Pratap Yadav Patna şəhərinə gedən sərnişin qatarının 17 vaqonundan 11-nin Manikpura stansiyası yaxınlığında relsdən çıxdığını açıqlayıb.

 

Yadav qəza nəticəsində 3 nəfərin öldüyünü, 13 nəfərin isə yaralandığını deyib.

Dəmiryolunun əməkdaşı Anan Kumar relsdəki bir sınıq səbəbilə meydana gəldiyi ehtimal olunan qəza ilə araşdırma aparıldığını deyib. 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu