Modern.az

Donald Tusk: "Tərəfdaş ölkələrdə davam edən münaqişələr əməkdaşlığa mane olur"

Donald Tusk: "Tərəfdaş ölkələrdə davam edən münaqişələr əməkdaşlığa mane olur"

Aktual

24 Noyabr 2017, 18:58

"Azərbaycanla yeni hərtərəfli saziş üzrə danışıqlar davam etdirilib".

 

APA-nın Brüsselə ezam olunmuş müxbirinin məlumatına görə, bu sözləri Aİ Şurasının prezidenti Donald tusk Aİ "Şərq tərəfdaşlığı" sammitinin sonunda keçirilən mətbuat konfransında deyib.

 

O bildirib ki, tərəfdaş ölkələrdə davam edən münaqişələr əməkdaşlığa mane olur: "Aİ tərəfdaşları ilə gələcəkdə əlaqələri möhkəmləndirməyə sadiqdir. Bizim üçün əməkdaşlıqda birlik nümayiş etdirmək ən vacib məqsəddir. Biz tərəfdaş ölkələrin ərazi bütövlüyü suverenlik və müstəqilliyinə dəstək ifadə edirik. Sammitin nəticələrindən razıyıq və gələcək əməkdaşlığa ümid edirik".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!