Modern.az

Ukraynada 60 avtoritet saxlanıldı

Ukraynada 60 avtoritet saxlanıldı

Aktual

27 Noyabr 2017, 00:04

Ukraynada 60 kriminal avtoritet həbs edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, xüsusi əməliyyat Ukrayna polisi və xüsusi təyinatlıları tərəfindən reallaşdırılıb.

 

Məlumata görə, əməliyyat keçirilən restoranda avtoritetlər Kiyev və digər regionlardakı kriminal vəziyyəti müzakirə edirmişlər. Müzakirədə iştirak edən bütün iştirakçılar polis idarəsinə aparılıb.

 

Saxlanılanların böyük əksəriyyəti əvvəllər bu və ya digər cinayətə görə məsuliyyətə cəlb edilən şəxslərdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!