Modern.az

Meksikada 2 gündə 23 nəfər öldürüldü

Meksikada 2 gündə 23 nəfər öldürüldü

Aktual

27 Noyabr 2017, 08:58

Meksikanın şərqində Verakrus ştatında 48 saat ərzində 23 nəfər öldürülüb.

 

Bu haqda Modern.az xarici KİV-lərə istinadən xəbər verir.

 

Məlumata görə, bu, zorakılığın artması yerli cinayətkar qruplaşmaların fəallaşması ilə bağlıdır.

Ştatın bir neçə rayonunda hakimiyyət hüquq-mühafizə orqanlarını gücləndirilmiş iş rejiminə keçirib, lakin bu addım da kömək etməyib.

 

Milli İctimai Təhlükəsizlik Sisteminin məlumatına görə, 2016-ci ilin dekabr ayından 2017-ci ilin oktyabr ayına qədər Veraksrus ştatında 1,5 mindən artıq qəsdən adam öldürmə qeydə alınıb.

 

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!