Modern.az

Naxçıvanda icbari tibbi sığortanın tətbiqinə başlanılıb

Naxçıvanda icbari tibbi sığortanın tətbiqinə başlanılıb

Aktual

27 Noyabr 2017, 10:55

İcbari tibbi sığorta sistemi ilə bağlı artıq 5-6 aydır ki, Naxçıvan Muxtar Respublikasında pilot layihə həyata keçirilir.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov bu gün "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" layihəsinin açılış mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, ölkədə icbari tibbi sığorta sistemi diqqət mərkəzində olub:

"Layihə Mingəçevir və Yevlax şəhərlərində həyata keçirilir. Layihənin nəticələri müsbətdir. Ümid edirəm ki, bu layihələr səhiyyə sisteminin maliyyələşdirilməsi üçün yeni optimal yolların tapılmasına xidmət edəcək".

Avropa İttifaqı (Aİ) Azərbaycanda icbari tibbi sığortaya dəstək üçün 1,1 milyon avro ayıracaq. Bunu Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvininq-layihəsinin açılışında deyib.

K.Yankauskas bildirib ki, bu layihə çərçivəsində Azərbaycanın tərəfdaşları kimi Fransa və Litva çıxış edəcəklər.

Tvininq-layihə 2019-cu ilin avqustunda başa çatacaq.


Milli Məclisin deputatı Musa Quliyev bildirib isə bildirib ki, 2019-cu ildən icbari tibbi sığorta sisteminin bütün ölkədə tətbiqindən danışmaq olar.

"Mingəçevir və Yevlaxda aparılan pilot layihələr göstərir ki, Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqini davam etdirmək olar. Gələn ildən onun əhatə dairəsinin genişlənəcəyi gözlənilir".

Millət vəkili əlavə edib ki, ümumilikdə icbari tibbi sığorta sisteminin özünü doğrultması üçün 4-5 il vaxt lazımdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!