Modern.az

Sankt-Peterburqda azərbaycanlının boğazını kəsdilər

Sankt-Peterburqda azərbaycanlının boğazını kəsdilər

Aktual

27 Noyabr 2017, 11:47

 Sankt-Peterburqda azərbaycanlı bıçaqlanıb.

 

APA-nın “İnforeactor” agentliyinə istinadən verdiyi xəbərə görə, yerli hüquq-mühafizə orqanlarından bildirilib ki, hadisə ötən gün, yerli vaxtla gecə 4 radələrində Şturman küçəsində, azərbaycanlının yaşadığı mənzildə baş verib.

 

Naməlum şəxs 43 yaşlı Azərbaycan vətəndaşına bıçaqla hücum edərək boğazını kəsib.

 

Həmyerlimiz ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda reanimasiyada olan yaralının durumu çox ağır qiymətləndirilir. Həkimlər onu xilas etməyə çalışırlar.

 

Faktla bağlı istintaq başladılıb, hadisənin detalları araşdırılır. 

 

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!