Milli Məclisin payız sessiyasının növbəti plenar iclası dekabrın 1-də keçiriləcək
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a deyib ki, iclasına gündəliyinə 31 məsələ daxil edilib. Həmçinin, iclasda bir sıra hökumətlərarası və dövlətlərarası sazişlərin təsdiq edilməsi məsələsinə baxılacaq.
İclasın gündəliyiə daxil olan məsələlər aşağıdakılardır:
1. "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi;
2. "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" qanun layihəsi;
3. "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında" qanun layihəsi;
4. "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsi;
5. "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi;
6. “Azərbaycan Respublikası Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında”;
7. “Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında”;
8. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi 3-cü oxunuşda;
9. "Dövlət borcu haqqında” qanuna dəyişiklik;
10. "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişiklik;
11. "Telekommunikasiya haqqında" qanuna dəyişiklik;
12. "Pasportlar haqqında" qanuna dəyişiklik;
13. "Azərbaycan Silahlı Qüvvələri haqqında" qanun layihəsi 1-ci oxunuşda;
14. "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanuna dəyişiklik;
15. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;
16. Miqrasiya Məcəlləsinə dəyişiklik;
17. Vergi Məcəlləsinə dəyişiklik;
18. Cinayət Prosessual Məcəlləyə dəyişiklik;
19. “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik.