Modern.az

Piyadaları vurub qaçan sürücülər tutuldu

Piyadaları vurub qaçan sürücülər tutuldu

Aktual

27 Noyabr 2017, 13:07

Son iki gün ərzində Bakıda piyadaları vurub hadisə yerindən qaçan 2 sürücü saxlanılıb.

DİN mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,  noyabrın 25-də Bakı şəhər sakini Rauf Nadirov gecə saat 1.00 radələrində Yasamal rayonunun Xiyabani küçəsində naməlum avtomobillə vurulub.

Araşdırmalar nəticəsində, hadisənin Bakı şəhər sakini Həşim Sadıqovun idarə etdiyi “BMW” markalı avtomobillə törədilməsi müəyyən edilib və sürücü şübhəli şəxs qismində saxlanılıb. 

Noyabrın 26-da isə Quba rayon sakini Elmar Ramazanovun gecə saat 1.00 radələrində paytaxtın Yeni Suraxanı qəsəbəsində yolu keçərkən vurulub.

Hadisəsinin “Peugeot” markalı avtomobillə törədilməsi müəyyən edilib və avtomobilin sürücüsü, Bakı şəhər sakini Vüqar İmanov şübhəli şəxs qismində saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!