Modern.az

Avropa Birliyi ilə saziş Ermənistana nə qazandıracaq? - Politoloq

Avropa Birliyi ilə saziş Ermənistana nə qazandıracaq? - Politoloq

27 Noyabr 2017, 13:38

Ötən həftə 6 postsovet respublikası (Ermənistan, Belarus, Moldova, Gürcüstan, Ukrayna, Azərbaycan) və Avriopa Birliyi arasında “Şərq Tərəfdaşlığı” Sammiti keçirildi. Sammitdə Avrasiya İttifaqına üzv olan Ermənistan rəsmi Brüssellə əməkdaşlığın genişləndirilməsi ilə bağlı çərçivə sazişinə imza atdı.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu saziş Yerevana Avrasiya İttifaqının tərkibində ola-ola Avropadan maliyyə yardımı almağa və qanunvericiliyini Avropa standartlarına uyğun etməyə imkan verəcək.

 

Yerevandakı Qafqaz İnstitutunun rəhbəri Aleksandr İsgəndəryan isə yeni çərçivə sazişini 2013-cü ildə Serj Sarkisyanın Moskvanın təzyiqi ilə imzalamaqdan imtina etdiyi assosiativ üzvlük müqaviləsinə yaxın olduğunu xatırladıb. Onun fikrincə, gömrük qanunvericiliyini və azad ticarət zonasını çıxmaq şərti ilə, razılşama 2013-cü il sazişinə yaxındır.

“Bu müqavilə kifayət qədər yaxşı hazırlanıb. Bəzi sahələrdə Avropa Birliyi bizə yalnız ekspert yaxud texniki deyil, maliyyə yardımı da göstərəcək. Bunun sayəsində biznes mühiti, sərhəd nəzarəti və s. yaxşınlaşacaq”.

 

Müqavilə 2022-ci ilə qədər Yerevana 116 milyon avro əvəzsiz yardım nəzərdə tutur və nəqliyyat, siyasət, energetika, ekologiya ticarət və investisiya sahəsində əməkdaşlığı nəzərdə tutur.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!