Noyabrın 15-dən etibarən respublika ərazisində istilik mövsümünə start verilsə də, bəzi abonentlər mənzillərində hələ də borulardan soyuq su axdığını bildirir.
“Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev Modern.az-a deyib ki, bütün qazanxanalar tam şəkildə işləyir:
“Azəristiliktəchizat”ın işə düşməyən qazanxanası yoxdur. Əgər kimsə şiakyətçidirsə, deməli onun problemi fərdi xarakter daşıyır”.