Modern.az

Vəzifəli şəxslər qadağan edilən informasiyaya görə yüksək məbləğdə cərimələnəcəklər

Vəzifəli şəxslər qadağan edilən informasiyaya görə yüksək məbləğdə cərimələnəcəklər

27 Noyabr 2017, 15:31

Azərbaycanda yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə görə vəzifəli şəxslər cərimələnəcək.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilir.

 Belə ki, internet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının siyahısı”na daxil edildikdən dərhal sonra host-provayder və internet provayder tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə vəzifəli şəxslər 1500 manatadək, hüquqi şəxslər 2 min manatdan 2500 manatadək məbləğdə cərimə ediləcək.

 

Məcəlləyə dəyişiklik Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında müzakirə ediləcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu