Modern.az

Azərbaycanda əkin yerlərini yandıranlar CƏZALANDIRILACAQ

Azərbaycanda əkin yerlərini yandıranlar CƏZALANDIRILACAQ

27 Noyabr 2017, 15:36

Əkin yerlərinin yandırılmasına görə cəzaların məbləği müəyyənləşib.

 Modern.az-ın  məlumatına görə, bununla bağlı Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə sənəd  təqdim edilib.

Yeni sənədə əsasən, İnzibati Xətalar Məcəlləsinə  yeni 244-1 (Əkin yerlərinin yandırılması) maddəsi əlavə edilir.

 Maddədə göstərilib ki, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimələnəcəklər.

 

 Layihə qəbul olunduğu təqdirdə 2018-ci il fevralın 1-dən qüvvəyə minəcək.

 

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik parlamentin Aqrar siyasət komitəsinin sabah-noyabrın 28-də keçiriləcək iclasında müzakirə ediləcək.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu