Modern.az

Təl-Əvivdə partlayış - 4 nəfər öldü

Təl-Əvivdə partlayış - 4 nəfər öldü

28 Noyabr 2017, 12:34

Noyabrın 28-nə keçən gecə İsrailin Təl-Əviv şəhərinin Yaffa rayonunda baş verən partlayış nəticəsində azı 4 nəfər həlak olub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, insident nəticəsində, həmçinin 5 nəfər də yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

 

Partlayış boya və kimyəvi həlledicilərin saxlandığı tikinti materialları mağazasında baş verib.

 

Hadisə nəticəsində bina dağılıb və yanğın başlayıb. Hazırda yanğın söndürülüb və xilasedicilər dağıntıları təmizləyirlər. Partlayışın başvermə səbəbləri araşdırılır.

 

Polis terror aktını nəzərdən keçirmədiyini bildirib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?