Modern.az

Bakının 14 nömrəli məktəbində QALMAQAL

Bakının 14 nömrəli məktəbində QALMAQAL

28 Noyabr 2017, 12:47

Bakı şəhəri 14 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, rus bölməsində təhsil alan 1 nəfər III sinif şagirdinin (müvafiq səbəblərə görə adını qeyd etmirik) davranışı ilə bağlı yaranmış problemə görə məktəb rəhbərliyi həmin şagirdin sinfini dəyişərək onu digər paralel sinfə keçirib. Lakin digər şagirdlərin valideynləri həmin şagirdin bu sinfdə oxumasına etirazlarını bildiriblər. Məktəb rəhbərliyi tərəfindən valideynlərlə aparılan söhbətlərə baxmayaraq, məsələ öz həllini tapmayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, 27-28 noyabr tarixlərində valideynlər həmin şagirdə görə övladlarını sinfə buraxmayıb. Qeyd olunan şagirdin valideynləri onların övladlarına qarşı olan münasibətə görə polisə müraciət ediblər. Digər valideynlər də bu məsələnin araşdırılaraq həll olunmasını tələb ediblər.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, valideynlərlə söhbət aparılıb.

Psixoloqlar da məsələnin həllinə cəlb olunub. Problemin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır.

"Bəzi yanlış məlumatlarda qeyd olunduğunun əksinə, məktəbdə hər hansı kütləvi etiraz halı baş verməyib. Bu, sadəcə qeyd olunan məsələ ilə bağlı bir neçə valideyn arasında baş vermiş problemdir. Məktəbdə tədris prosesi normal şəkildə davam edir", deyə idarədən bildirilib.

Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?