Türkiyənin İstanbul şəhərində Fəthullah Gülən tərəfdarlarına qarşı əməliyyat davam edir.
Bu barədə Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir.
Məlumata görə, əməliyyat zamanı 360 nəfər saxlanılıb. Onlardan 343-ü hərbçidir.
Saxlanılanlardan 27 nəfərin F.Gülənin rəhbərlik etdiyi "Hizmət" hərəkatının aparıcı simaları olduğu bildirilir. Onların adı və vəzifəsi açıqlanmır.