Modern.az

Gömrükdə 70 telefon müsadirə olundu

Gömrükdə 70 telefon müsadirə olundu

Aktual

29 Noyabr 2017, 12:15

Avtomobildə gizlədilən 70 ədəd mobil telefon gömrükdə aşkar edilib.

 

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

 

Yoxlama zamanı nəqliyyat vasitəsinin ön hissəsindəki sağ və sol "qanadlarda" gömrük nəzarətindən gizlədilən 70 ədəd mobil telefon aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?