Fövqəladə Hallar Nazirliyi (FHN) Xaçmaz rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Xaçmaz rayonunda ümumi sahəsi 110 kvadrat metr olan birmərtəbəli 3 otaq və 1 aynabənddən ibarət evin yanar konstruksiyaları 50 kvadrat metr sahədə yanıb.
Yanğın zamanı 2 nəfər müxtəlif yanıq xəsarətləri alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.