Vergilər nazirinə daha bir müşavir təyin olunub. Modern.az-ın məlumatına görə, Vüqar İsmayılov Azərbaycan vergilər nazirinin vergi cinayətlərinin ilkin araşdırması məsələləri üzrə müşaviri təyin olunub.
V.İsmayılov buna qədər nazirliyin Daxili Təhlükəsizlik Departamentinin baş direktoru vəzifəsində çalışıb.
Bununla da vergilər nazirinin müşavirlərinin sayı 14 olub.