"Bakıda olmağımdan çox şadam".
Modern.az xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan “Formula 1” sürət yarışının 2017-ci il qalibi Daniel Rikardo deyib.
"Bakıda mənə əldə etdiyim nəticələrlə bağlı çox dəstək verilir. Burada Formula 1 azarkeşləri və "Qarabağ" Futbol klubu ilə görüşlər keçirdik.
Bakıdakı yarış yolu dünyada ən ecazkar yollardan biridir.
Ən çox həyəcan yaradan yollardandır. Bunu burada qalib olduğuma görə demirəm, dünyanın bir çox ölkələrindəki Formula Treki ilə müqayisə edərək deyirəm".