Modern.az

Tüstü bacasından bal töküldü - Video

Tüstü bacasından bal töküldü - Video

Aktual

30 Noyabr 2017, 23:29

Heç vaxt arı saxlamayan Sabirabadın Hacıbəbir kənd sakini Ağazadə Məmmədov zəhmət çəkmədən kilolarla bala sahib olub. Çünki bal arıları onun evindəki tüstü bacasında yuva salıb.

 

Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, tüstü bacasının içindən kilolarla bal çıxıb.

 

Ev sahibi odun sobası yandırmaq istəyəndə evə arılar daraşıb. Məlum olub ki, tüstü bacasının içi arı ilə doludur. Özü da bal arısı ilə.

 

Tüstü borusu arı şanı ilə tamamilə dolu olduğundan ev sahibi borunu təmizləmək qərarına gəlib. Bacanı sökərkən içi balla dolu olan arı şanlarını da kəsərək qazanlara doldurublar.

 

Sakinlər belə halla ilk dəfə qarşılaşdıqlarını bildirirlər.

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?