ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Türkiyə-Ermənistan münasibətlərinin nizamlanması ilə məşğul olacaq.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “second track diplomacy” adlanan bu növ diplomatiya çoxmərhələli və qeyri-rəsmi formatda aparılacaq.
“Kissincer Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması ilə məşğul olacaq” – deyə erməni politoloq Suren Sarqsyan öz Facebook səhifəsində yazıb.
Henri Kissincer 1969-1977-ci illərdə ABŞ-ın xarici siyasətini müəyyən edən əsas şəxs sayılırdı. O,1973-cü ildə Vyetnam müharibəsinin sülh yolu ilə nizamlanmasına görə Nobel Sülh mükafatını alıb.