Modern.az

Ehtiyac meyarı prezidentin tapşırığı ilə artırılıb

Ehtiyac meyarı prezidentin tapşırığı ilə artırılıb

Aktual

1 Dekabr 2017, 17:05

“Dövlət büdcəsi sosial yönümlüdür. Cənab prezidentin tapşırığı ilə ehtiyac meyarının həddi 116 manatdan 130 manata qaldırıldı.

 

Bu da Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin bir ailəyə düşən orta aylıq məbləğinin 14 manat artmasına gətirib çıxaracaq. Bu da gələn il bir ailəyə düşən məbləğin 175 manata çatmasına səbəb olacaq”.

 

Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

 

Nazirin sözlərinə görə, bu, bir daha göstəri ki, dövlət başçsının ilk diqqəti sosial problemlərin həllinə yönəlib.

 

“Büdcə müzakirəsindən sonra edilən dəyişiklik sosial xarakter daşıyır. Növbəti ildə əhalinin aztəminatlı təbəqəsinin sosial ödənişləri, müxtəlif sosial müavinətlərlə və ünvanlı sosial yardımlarla təmin olunması diqqət mərkəzində olacaq. Artırılan məbləğin onlara çatdırılmasına problem olmayacaq”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?