Modern.az

Deputat: “Bu cür narkomanlar evdə də müalicə oluna bilər”

Deputat: “Bu cür narkomanlar evdə də müalicə oluna bilər”

Aktual

1 Dekabr 2017, 17:17

“Narkomaniyadan əziyyət çəkənlərin icbari müalicəsi üçün tibb müəssisələrinin sayı yetərli deyil”.

 

Modern.az xəbər verir ki, bunu deputat Elmira Axundova Milli Məclisdə Cəzaların İcrası Məcəlləsinə edilən dəyişiklikdən danışarkən deyib.

 

O bildirib ki, belə xəstələrin müalicəsi vacibdir.

 

“Elələri var ki, narkotik maddənin iki-üç dəfə istifadə edib və təcrübəli narkoman deyillər. Bu şəxslər evlərdə də müalicə oluna bilər. Onların tibb məntəqəsində yerləşdirilməsi elə azadlıqdan mərhum etmək deməkdir. Fikrimcə, belə müəssisələrə ağır xəstələr yerləşdirilməlidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?