Modern.az

ABŞ səfiri: “Mən Azərbaycan prezidentinin səylərini vurğulamaq istəyirəm...”

ABŞ səfiri: “Mən Azərbaycan prezidentinin səylərini vurğulamaq istəyirəm...”

1 Dekabr 2017, 17:29

"ABŞ bölgədəki və ümumi tərəfdaşları ilə birgə regiondakı sabitliyi gücləndirmək üçün “Asiyanın qəlbi” təşəbbüsü çərçivəsində işləməkdən məmnundur".

 

Modern.az xəbər verir ki, bu sözləri Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta deyib.

O bildirib ki, ABŞ Azəbaycanın bu prosesdəki önəmli rolunu davam etdirməsini alqışlayır.

 

"Azərbaycan ordusu ABŞ və NATO hərbçiləri ilə birgə çiyin-çiyinə xidmət aparır. ABŞ Azərbaycanın Əfqanıstanda sülh və sabitliyə verdiyi töhfəni dəstəkləyir. Mən prezident İlham Əliyevin və Azərbaycanın bu prosesi irəli aparılmasında göstərdiyi səyləri vurğulmaq istəyirəm.

 

Azərbaycan göstərir ki, həm Əfqanıstanda həm də daha geniş regionda sülh və əmin-amanlığın təmin olunmasına daha böyük rol oynamağa hazırdır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?