Modern.az

Azərbaycan Əfqanıstan münasibətləri dayanıqlı əsasa malikdir

Azərbaycan Əfqanıstan münasibətləri dayanıqlı əsasa malikdir

Aktual

1 Dekabr 2017, 20:16

"Azərbaycanla Əfqanıstan arasındakı münasibətlər dayanıqlı əsasa malikdir". Modern.az "Trend"ə istinadən xəbər verir ki, bunu  “Asiyanın Qəlbi – İstanbul prosesi” VII nazirlər konfransının yekunu ilə bağlı mətbuat konfransında Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

 

Nazir müavini qeyd edib ki, tədbirin yekununda qəbul edilmiş Bakı bəyannaməsi adi konfrans nəticəsi deyil: "Bu sənəd böyük əhəmiyyət kəsb edir, çünki bu siyasi bəyanatları təcrübədə reallaşdırmağa imkan verəcək".

 

Əfqanıstanın xarici işlər nazirinin müavini Adela Raz isə ölkəsinin “Asiyanın Qəlbi – İstanbul prosesi” nazirlər konfransının keçirilməsinə görə Azərbaycana minnətdar olduğunu deyib.

 

Qeyd edək ki, “Asiyanın Qəlbi - İstanbul Prosesi”ndə iştirak edən dövlətlər və təşkilatlar sırasına Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Çin Xalq Respublikası, Hindistan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan Respublikası, Türkiyə Respublikası, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu proses çoxsaylı digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Regional sülh, sabitlik və çiçəklənməyə töhfə vermək əzminə və Əfqanıstanla ənənəvi dostluq əlaqələrinə malik olan Azərbaycan 2012-ci ildə “Asiyanın Qəlbi - İstanbul Prosesi”nə qoşulub.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?